May 10, 2018 08:46 Asia/Baku
  • Kanada ƏMTP-ni himayə edib

Kanadanın baş naziri bildirib ki, ölkəsi Əhatəli Müştərək Təşəbbüs Proqramını dəstəkləyir.

İRNA-nın verdiyi məlumata görə, Kanada baş naziri Castin Trodo ABŞ prezidentinin ƏMTP-dan çıxmağa dair son qərarından təəssüfləndiyini bildirərək deyib: Kanada nüvə razılaşmasına dəstək verən digər ölkələrin kənarındadır. 

Kanada baş naziri deyib: Kanada hökuməti xarici siyasət ilə əlaqədar qərarlarını Otavada verir və Vaşinqtondan asılı deyil. 

Britaniya, Almaniya və Fransa başçıları ayrı-ayrılıqda bəyanatlar yayaraq ƏMTP-ni dəstəklədiklərini bildiriblər. 

Avropa Birliyi xarici siyasət koordinatoru Federika Moqerini də ABŞ prezidentinin nüvə sazişindən çıxmasını elan etməsindən dərhal sonra AB-nin İran ilə imzalanmış nüvə sazişinə sadiq qaldığını vurğuladı. 

Teqlər