May 15, 2018 09:09 Asia/Baku
  • Fransa, Britaniya və Kanada sionistlərin Qəzzədəki cinayətlərinə reaksiya göstəriblər

Amerika səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə etiraz edən fələstinliləri rəhmsizcəsinə qırğın edilməsi Fransa, Britaniya, Kanada və Avropa Birliyinin xarici siyasət koordinatorunun reaksiyasına səbəb olub.

FransPress-in verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Məkron bir bəyanat yayaraq dünən onlarla fələstinlinin Qəzzədə sionist rejim hərbçiləri tərəfindən qırğın edilməsini pisləyərək, fələstinlilərə qarşı zorakılıqlara son qoyulmasının istəyib. 

Britaniya baş nazirinin ofisi də Qəzzədə sionist rejim hərbçilərinin əhaliyə qarşı qırğınları barədə bəyanat yayaraq bildirib: Biz Qəzzə zolağında sakinlərə qarşı zorakılıqlar və onlarla sakinin öldürülməsi barədə yayılan məlumatlara görə nigaranıq. 

Kanada XİN də fələstinlilərin dünən sionist hərbçilər tərəfindən qırğınının heç cür əsaslandırılası olmadığını bildirib və Kanadanın fələstinlilərə qarşı zorakılıqlarının artmasından nigaranlıq ifadə edib. 

Teqlər