BMT TŞ-ə sionist rejimi pisləyən qətnamə layihəsi təqdim olunub
https://azeri.sahartv.ir/news/dünya-i308036-bmt_tŞ_ə_sionist_rejimi_pisləyən_qətnamə_layihəsi_təqdim_olunub
Küveyt BMT-nin Təhlükəsizlik Şurasında qətnamə layihəsi təqdim edərək, bu şuranın üzvlərindən sionist rejimin fələstinli mülkilərə qarşı güc işlətməsini pisləmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2018 09:37 Asia/Baku
  • BMT TŞ-ə sionist rejimi pisləyən qətnamə layihəsi təqdim olunub
    BMT TŞ-ə sionist rejimi pisləyən qətnamə layihəsi təqdim olunub

Küveyt BMT-nin Təhlükəsizlik Şurasında qətnamə layihəsi təqdim edərək, bu şuranın üzvlərindən sionist rejimin fələstinli mülkilərə qarşı güc işlətməsini pisləmələrini istəyib.

Bu qətnamə layihəsində həmçinin BMT-nin Təhlükəsizlik Şurasından istənilibdir ki, fələstinli mülkilərin qorunması və onların həyatının təhlükəsizliyinə zəmanətin verilməsi məqsədilə beynəlxalq sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi daxil olmaqla lazımi tədbirləri nəzərdə tutsun.

Küveytin təklif etdiyi qətnamə layihəsində sionist rejimdən istənilibdir ki, Qəzzə zolağının sakinləri daxil olmaqla fələstinli sivillərə qarşı qanunsuz şəkildə gücdən istifadə, kütləvi cəzalandırma və hərbi hərəkətləri tez bir zamanda dayandırsın.