Vaşinqton Rusiya qarşısında Gürcüstanı dəstəklədiyini bildirdi
May 21, 2018 19:01 Asia/Baku
-
Vaşinqton Rusiya qarşısında Gürcüstanı dəstəklədiyini bildirdi
ABŞ dövlət katibi Gürcüstanın baş naziri ilə görüşdə qonşu ölkələrdən istifadə edərək, Rusiya əleyhinə təzyiqin artırılmasından söz açıb.
Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Georgi Kvrikaşvili ilə birgə mətbuat konfransında deyib: Gürcüstanın müstəqilliyini dəstəkləyir və Rusiyadan nəzarəti ələ keçirdiyi sərhəd məntəqələrdən geri çəkilməsini istəyirik.
Mayk Pompeo həmçinin, Rusiyanın Gürcüstan sərhədlərindəki silah qaçaqçılığına da nəzarət etməli olduğunu deyib.
Gürcüstan uzun illərdir ki, NATO-ya üzv olmağa çalışır. Amma, indiyə kimi buna nail ola bilməyib.
Rusiya isə Gürcüstanın bu istəyinə qarşıdır və NATO-nun şərqə doğru genişlənməsini özünə qarşı təhdid hesab edir.