Dünya ticarət müharibəsinə yox, ticarət sülhünə ehtiyaclıdır
-
Dünya ticarət müharibəsinə yox, ticarət sülhünə ehtiyaclıdır
Rusiya prezidenti Sank Peterburqda keçirilən beynəlxalq iqtisadiyyat forumunda deyib: Sanksiyalar və ticarət yolunda maneələrin yaradılması misilsiz bir qlobal böhrana çevrilə bilər. Putin dünyanın "ticarət müharibəsi"nə yox, "ticarət sülhü"nə ehtiyaclı olduğunu deyib.
Vladimir Putin deyib: Təsəvvür edirəm prezident Tramp İran məsələsində uduzan tərəf olub. Bəlkə də daxili yanaşmada udan tərəf ola bilər. Amma, hər halda bu anlaşma məğlubiyyətə düçar olub.
Rusiya prezidenti ABŞ-ın nüvə anlaşmasından çıxması haqda deyib: Birtərəfli addımlar çıxılmaz vəziyyətə gətirib çıxardır və həmişə qeyri-konstruktiv olub.
Putin ABŞ qanunlarının ölkə sərhədlərindən kənara, bütün dünyaya tətbiq edilməsinin qəbuledilməz olduğunu da deyib.
Bəzi ölkələrin sanksiyalardan ticarət siyasətində bir vasitə kimi istifadə etdiyini deyən Putin dünyada himayə xarakterli addımların getdikcə genişlənməkdə olduğunu deyib.
Putin həmçinin, dünya ticarət qanunlarının zəiflədildiyini deyib.