Rusiya ilə Amerika arasında Abxaziya və Osetiya barədə ixtilaflar artıb
Amerikanın Dövlət Departamenti Rusiyadan öz hərbi qüvvələrini Abxaziya və Osetiyadan geri çağırmasını istəyib.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Hiser Naort bir bəyanatda bildirib: Abxaziya və Osetiya Gürcüstan ərazilərinin bir hissəsidir və bu barədə Vaşinqtonun mövqeyi dəyişmədən qalır.
ABŞ Dövlət Departamentinin sözçüsü Suriyanın son günlər Abxaziya və Osetiya respublikalarını rəsmən tanımasını və bu respublikalarla diplomatik əlaqə qurmasını da pisləyib.
Suriyanın Abxaziya və Osetiya respublikalarını rəsmən tanımasından sonra Gürcüstan Suriya ilə əlaqələrini dünən dayandırdı.
Abxaziya və Cənubi Osetiya 1990-ci illərin əvvəllərində SSRİ dağılandan sonra Gürcüstandan ayrıldılar və 2008-ci ildə Rusiya ilə Gürcüstan dövləti arasında baş verən qısa müharibədən sonra Moskva və bir neçə ölkə bu respublikaları tanıdı amma ABŞ Gürcüstana dəstək verdi.