Ölmüş rus jurnalist dirildi
https://azeri.sahartv.ir/news/dünya-i310494-Ölmüş_rus_jurnalist_dirildi
Ukraynada terror edildiyi və qətlə yetirildiyi təsəvvür edilən rus jurnalist mətbuat konfransında iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 05:05 Asia/Baku
  • Ölmüş rus jurnalist dirildi

Ukraynada terror edildiyi və qətlə yetirildiyi təsəvvür edilən rus jurnalist mətbuat konfransında iştirak edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Kiyevdə çıxan silahlı insident zamanı öldürüldüyü təsəvvür olunan rus jurnalist Arkadi Babçenko çərşənbə günü mətbuat konfransında iştirak edərək, bu "terror"un səhnələşdirildiyini deyib. 

Arkadi Babçenko deyib: Ukraynanın təhlükəsizlik qüvvələri tərəfindən səhnələşdirilən bu "terror" aktı daha öncə onu öldürməklə təhdid edən şəxsi tələyə salmaq məqsədini daşıyıb. 

Bu rus jurnalist hadisənin detallarına işarə etməyib. 

Arkadi Babçenko 2 Çeçenistan müharibəsində (1993-1999 və 1999-2004) hərbi müxbir olub.