İndoneziya onlarla israilliyə viza vermədi
-
İndoneziya onlarla israilliyə viza vermədi
İndoneziyanın Miqrasiya İdarəsi 53 İsrail vətəndaşının İndoneziya ərazisinə daxil olması üçün onlara viza verməkdən imtina edib.
İRİB-in məlumatına görə, İndoneziya insan haqları naziri Yasuna Lauli şənbə günü bir bəyanatda bildirib: Cakarta Qəzzə zolağında sionistlərin fələstinli dinc etirazçıları kütləvi şəkildə qırğın etməsindən sonra israillilərin İndoneziyaya gəlişi ilə bağlı elan etdiyi qadağa çərçivəsində cümə günü sionist rejimin 53 vətəndaşına viza verməyib.
23 mayda fsionist rejim hərbçilərinin Qəzzə zolağında dinc yürüşdə fələstinliləri qırğın etdiyinə görə, İndoneziya hökuməti 30 mayda elan etmişdi ki, İsrail vətəndaşlarının İndoneziya ərazisinə daxil olmasını qadağan edib.
İndoneziya və İsrail rejiminin heç bir diplomatik münasibəti yoxdur.