İyun 04, 2018 12:56 Asia/Baku
  • Yaponiya ABŞ-ın ticarət siyasətlərini qınayıb
    Yaponiya ABŞ-ın ticarət siyasətlərini qınayıb

Yaponiya dövləti Amerikanın ticarət siyasətlərini qınayaraq ABŞ dövlətinin müttəfiq ölkələrin mallarına gömrük tariflərini artırmasını tənqid edib.

Yaponiya hökuməti bu gün bildirib: Amerikanın müttəfiq ölkələrin məhsullarına əlavə gömrük tarifləri tətbiq etməsi bu ölkələrlə Amerika əlaqələrinə eləcə də ümumdünya ticarət sisteminə mənfi təsir buraxacaq. 

Yaponiya dövləti Amerikanın bu hərəkətini təəssüfləndirici adlandırıb. 

FransPress öz reportajının davamında bildirir ki, Amerika bu ölkənin idxal etdiyi polad və alüminiuma tarifləri artırmaqla G-7 qrupunun iqtisadiyyat nazirlərinin iclasında da təklənmiş oldu. Amerikanın bu hərəkəti Yaponiyanın da Amerikanı kəskin şəkildə tənqid etməsinə gətirib çıxartdı. 

Yaponiya hökumət sözçüsü Yuşido Suqa bildirib ki, Yaponiya dövlətinin müxtəlif səviyyələrdə bu kimi təşəbbüslərə qarşı öz nigaranlıqlarını Amerika rəhbərliyinə bildirməsindən sonra vəziyyətdə heç bir dəyişikliyin baş verməməsi təəssüfləndirici haldır. 

Amerika Yaponiya məhsullarını tarifin artırılmasından istisna etməkdən çəkinməsinin ardınca Tokio və Vaşinqton üz-üzə durublar. 

Yaponiya hökumətinin sözçüsü əlavə olaraq deyib: ABŞ hökumətinin ticarət sahəsindəki qərarları bizi son dərəcə nigaran edir ona görə ki, Amerikanın bu hərəkətləri beynəlxalq bazarın fəaliyyətini əngəlləyə bilər. O deyib: Bu hərəkətlər həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıqları ciddi şəkildə təsir altına alır və daha geniş miqyasda ümumdünya ticarət təşkilatının fəaliyyətlərinin bir hissəsi olaraq çoxtərəfli ticarət sistemi təsir altına alır. 

 

Teqlər