İyun 05, 2018 20:47 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı dünya KİV-də əks olunub
    İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı dünya KİV-də əks olunub

İslam İnqilabının Böyük Rəhbərinin Həzrət İmam Xomeyninin (rə) vəfatının 29 illiyi ilə bağlı təşkil olunan tədbirdəki bəyanatı dünyanın Kütləvi İnformasiya Vasitələrində geniş şəkildə əks olunub.

Dawn xəbər portalı və Pakistanın Ceo TV televiziyası bildiriblər: İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ötən gün İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynini (rə) vəfatının ildönümü mərasimində bildiriblər: Düşmənlər İrana bir raket atmağa cürət edərlərsə, on raketlə onların cavabını verəcəyik. 

Azərbaycan Respublikasının Trend İnformasiya Agentliyinin internet portalı yazıb: İran İslam İnqilabının lideri Tehranın yeni iqtisadi sanksiyalara məruz qalması şəraitində İranın nüvə proqramının idarə olunmasının davam etdirilməsinə dair Avropa liderlərinin yuxusu haqda onlara xəbərdarlıq edib. 

Türkiyənin Kütləvi İnformasiya Vasitələri, o cümlədən Anadolu İnformasiya Agentliyi, Xəbər Türk və Star qəzetləri də İslam İnqilabının Böyük Rəhbərinin uranın zənginləşdirilməsinə qayıdış haqda İran Atom Enerjisi Təşkilatına tapşırığını qərb ölkələri üçün şok mesaj adlandırıb, bundan əlavə, Həzrət Ayətullahülüzma Xameneinin sionist rejimin Yer üzündən məhv olmasına dair buyruqlarını qəzetlərinin başlığı seçiblər. 

Dünyanın digər informasiya agentlikləri, o cümlədən əl-Məyadin, Sky News, Əl-Ərəbiyyə, əl-Aləm, əl-Cəzirə, BBC ərəbcə, Rusiya əl-Youm, Russia Today televiziyaları, Röyters və Fransa İnformasiya Agentlikləri də bildiriblər: İran İslam İnqilabının Böyük Rəhbəri bazar ertəsi günü avropalılara xəbərdarlıq etdilər ki, İranın nüvə proqramının məhdudiyyətlərini qəbul edəcəyi, onunla yanaşı iqtisadi sanksiyalarla razılaşacağını düşünmək xülyadan başqa bir şey deyil. 

Teqlər