Putin Rusiyanın Suriyadakı hərbi iştirakının davamını vurğulayıb
-
Putin Rusiyanın Suriyadakı hərbi iştirakının davamını vurğulayıb
Rusiya prezidenti cümə axşamı günü bildirib: Moskva Suriyadakı hərbi bazalarını yığışdırmaq niyyətində deyil.
İRNA-nın məlumatına görə, Vladimir Putin cümə axşamı günü Rusiya televiziyasında birbaşa çıxışında bir suala cavabda deyib: Tartus dəniz dəstəyi bazası və Hmeymim hava bazası Rusiya və Suriyanın ikitərəfli razılaşmasına əsasən bu ölkədə yaradıldı və Moskvanın bu bazalarda fəaliyyətini dayandırması üçün proqramı yoxdur.
Rusiya prezidenti deyib: Rusiya qüvvələri Suriyada müştərək mənafeyin təmin olunması üçün iştirak edir və bu hərbi iştirak Suriya dövləti ilə müqavilə və beynəlxalq meyarlara əsasəndir.
Suriyada savaşlarda çoxlu sayda Rusiya zabitinin iştirak etdiyini bəyan edən Putin bildirib: Suriyada hərbi əməliyyatda iştirak etmək Rusiya silahlı qüvvələrinin təkamülü üçün başqa bir addımı atmağımız və dəyərli təcrübələri qazanmağımız üçün fürsət yaratdı.
Rusiya Suriya hökumətinin müraciəti əsasında təxminən 3 ildən çoxdur ki, bu ölkədə hərbi iştiraka malikdir.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri, o cümlədən Fransa və Britaniyanın dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb.