Britaniyanın Sankt-Peterburqdakı konsulluğu işini dayandırdı
-
Britaniyanın Sankt-Peterburqdakı konsulluğu işini dayandırdı
Britaniyanın Rusiyadakı səfiri Sankt-Peterburqdakı konsulluğun fəaliyyətini dayandırdığını bildirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Lauri Britso bildirib: Sergey Skripalın zəhərlənməsi məsələsində Londonun Moskvanı suçlaması ilə Rusiya Britaniyanın Sankt-Peterburqdakı konsulluğunu fəaliyyətini dayandırmasına qərar vermişdi.
Rusiyanın sabiq casusu Sergey Skripal və qızı mart ayının əvvəllərində Britaniyanın Salzburi şəhərində zəhərləndi. Bu isə London-Moskva münasibətlərində gərginliyin artması və qarşılıqlı şəkildə diplomatların çıxarılması ilə nəticələndi. Belə ki, 300-dən çox diplomat qarşılıqlı olaraq çıxarılıb.
Rəsmi London Skripal və qızının zəhərlənməsində Rusiyanın məsuliyyət daşıdığını bildirir. Lakin Moskva bu ittihamı tam şəkildə rədd edir və London və müttəfiqlərinin bu haqdakı iddiasını tamamilə əsassız adlandırır.
Britaniyanın Rusiyadakı səfiri deyib: Sankt-Peterburqdakı konsulluq 26 il idi ki, fəaliyyət göstərirdi. Təəssüflər olsun, bu gün bağlandı və bu Britaniyanın seçimi deyildi.
Halbuki Moskva Skripalın zəhərlənməsi hadisəsi ilə bağlı Londonun düşmənçilik siyasətlərinin mənfi nəticəsi haqda xəbərdarlıq etmişdi.