İki Koreya ayrılmış ailələrin görüşməsi üzrə razılığa gəlib
Koreya yarımadasında ayrı düşmüş ailələr 2018-ciil 20-26 avqust tarixində Seul və Pxenyanın razılaşması çərçivəsində görüşəcəklər.
Yunhapın məlumatına görə, Cənubi Koreya, Şimali Koreya və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri iki Koreya arasında şimal sərhədində Kamqanq dağlıq bölgəsində insan haqları məsələləri, yarımadada müharibə nəticəsində ayrı düşən ailələrin üzvlərinin görüşdürülməsi haqda danışıqlar aparıblar.
İki Koreya müzakirəçiləri iki ölkə ailələrinin görüşünün 20-26 avqust tarixində baş tutması üzrə razılığa gəliblər.
Bu, 2015-ci il oktyabr ayından sonra iki Koreya ailələrinin ilk görüşü hesab olunur.
Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In 2018-ci il aprel ayında tarixi görüşdə ayrı düşmüş ailələrin üzvlərinin avqust ayında görüşmələri üzrə razılığa gəliblər.