AB başçıları immiqrasiya siyasətləri barədə razılığa gəliblər; İtaliya isə müxalifət edib
https://azeri.sahartv.ir/news/dünya-i315751-ab_başçıları_immiqrasiya_siyasətləri_barədə_razılığa_gəliblər_İtaliya_isə_müxalifət_edib
Avropa Birliyinin başçıları saatlarla müzakirədən və İtaliyanın müxalifətləri arasında immiqrasiya siyasətləri barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 07:42 Asia/Baku
  • AB başçıları immiqrasiya siyasətləri barədə razılığa gəliblər; İtaliya isə müxalifət edib
    AB başçıları immiqrasiya siyasətləri barədə razılığa gəliblər; İtaliya isə müxalifət edib

Avropa Birliyinin başçıları saatlarla müzakirədən və İtaliyanın müxalifətləri arasında immiqrasiya siyasətləri barədə razılığa gəliblər.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün bildirib ki, 28 Avropa ölkəsinin rəhbərləri cümə axşamı günü Brüssel iclasında qanunsuz miqrantlar məsələsi barədə saatlarla müzakirədən sonra razılıq əldə ediblər.

Tuskun bu sözləri elə bir halda söylənir ki, İtaliya cümə axşamı günü gecə Brüssel iclasında müştərək bəyanatın qəbul olunmasını əngəlləyərək, digər Avropa ölkələrindən istəmişdi ki, öncə bu ölkənin qanunsuz miqrantlar məsələsi barədəki tələblərinə cavab versinlər.

Röyters xəbər verir ki, İtaliyanın bu nadir addımı Avropa Birliyindəki dərin ixtilafları göstərir.

Mühacirət böhranı elə bir halda Avropanı bürüyübdür ki, bu qitə digər problemlər, o sıradan borc böhranı, populizmin artması və Amerika ilə ticarət çəkişməsi kimi problemlərlə üzləşir.