İyun 29, 2018 12:44 Asia/Baku
  • İndoneziyada 40-dan çox beynəlxalq uçuş ləğv olunub
    İndoneziyada 40-dan çox beynəlxalq uçuş ləğv olunub

İndoneziyanın Bali adasının şimal-şərqində yerləşən"Aqunq" dağındakı vulkanın püskürməsinin ardınca 48 beynəlxalq uçuş ləğv olunub.

Yerli rəsmilərin məlumatlarına görə, bu vulkanın, eləcə də vulkan külləri və qara rəngli tüstünün iki kilometr hündürlükdə bu məntəqənin səmasına püskürməsi həmin məntəqədə uçuşların sağlamlığını olduqca çətinləşdirərək, təhlükəyə salıbdır.

Dünən gecə təqribən səkkiz min xarici turist Bali adasının hava limanında sərgərdan qalıbdır.

Hazırda bu ada fövqəladə və xəbərdarlıq şəraitindədir.

Bali adasının"Aqunq" dağındakı vulkanın 1963-cü ildə püskürməsi yerli əhalidən və turistlərdən 1600 nəfərin həlak olması və onların kül və lavaların altında qalmalarına bais olmuşdu.

İndoneziya Asiyanın cənub-şərqində ən çox vulkan dağlarına malik olaraq, bu bölgənin "Alov xətti"ndə yerləşir.

Teqlər