Rusiya: Nüvə anlaşmasının bütün tərəfləri onun qorunmasına çalışmalıdır
https://azeri.sahartv.ir/news/dünya-i315767-rusiya_nüvə_anlaşmasının_bütün_tərəfləri_onun_qorunmasına_çalışmalıdır
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi deyib ki, nüvə anlaşmasının xilas edilməsi çox mühümdür və yerdə qalan ölkələr onun qorunmasına çalışmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 15:03 Asia/Baku
  • Rusiya: Nüvə anlaşmasının bütün tərəfləri onun qorunmasına çalışmalıdır
    Rusiya: Nüvə anlaşmasının bütün tərəfləri onun qorunmasına çalışmalıdır

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi deyib ki, nüvə anlaşmasının xilas edilməsi çox mühümdür və yerdə qalan ölkələr onun qorunmasına çalışmalıdırlar.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bu gün TASS xəbər agentliyi ilə müsahibədə əlavə edib: İranla nüvə anlaşması öz növündə parlaq bir anlaşmadır və Rusiya gözləyir ki, bütün tərəflər bu anlaşma qarşısındakı öhdəliklərinə sadiq qalacaqlar.

Ulyanov bildirib ki, nüvə anlaşmasında iştirak edən ölkələrin nazirlərinin iclasının keçirilməsi məsələsi gündəmdə durur. O, deyib: İran ilk növbədə bilmək istəyir ki, Amerikanın nüvə anlaşmasından çıxmasından irəli gələn ziyanların əvəzinin çıxılması üçün anlaşmaya üzv ölkələr tərəfindən hansı tədbir görüləcəkdir.