Buqdanov: İran Suriyada terrorçularla mübarizə üçün iştirak edir
-
Buqdanov: İran Suriyada terrorçularla mübarizə üçün iştirak edir
Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi və bu ölkənin xarici işlər nazirinin müavini deyib: İranlı hərbi məsləhətçilər Suriya dövlətinin istəyi əsasında bu ölkədə fəaliyyət göstərirlər.
İRNA-nın verdiyi məlumata görə, Mixail Buqdanov sionist Kan telekanalına verdiyi açıqlamada deyib: İranlı hərbi məsləhətçilər Suriyada terrorçularla mübarizəyə öz töhfələrini verirlər.
Buqdanov Suriyadakı iranlı hərbi məsləhətçilərin sayının çox az olduğunu və İranın Suriyada hərbi qüvvəyə malik olmadığını vurğulayıb.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı , ABŞ və onun müttəfiqlərinin regionda balansın sionist rejimin xeyirinə dəyişməsi məqsədi ilə dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə başlandı ardınca rəsmi Dəməşq İrandan terrorizm ilə mübarizədə yardımçı olmasını istədi.
Suriya ordusu 2017-ci il 19 noyabrda İran İslam Respublikasının hərbi məsləhət yardımları ilə İŞİD-in bu ölkədəki son fəaliyyət ərazisi olan Bukamal şəhərini də azad etdi.