Putin korrupsiya ilə mübarizə barədə fərman verib
https://azeri.sahartv.ir/news/dünya-i315978-putin_korrupsiya_ilə_mübarizə_barədə_fərman_verib
Rusiya 2020-ci ilədək korrupsiya ilə mübarizə layihəsini icra edərək bu ölkədəki korrupsiya və rüşvətxorluq böhranı ilə mübarizə aparacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2018 07:08 Asia/Baku
  • Putin korrupsiya ilə mübarizə barədə fərman verib
    Putin korrupsiya ilə mübarizə barədə fərman verib

Rusiya 2020-ci ilədək korrupsiya ilə mübarizə layihəsini icra edərək bu ölkədəki korrupsiya və rüşvətxorluq böhranı ilə mübarizə aparacaq.

İRNA-nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin dünən bu layihəni icra üçün imzalayıb. 

Vladimir Putin həmçinin sahibkarları, onlara qarşı əsassız cinayət işi və onların nahaq yerə həbs edilmələri qarşısında onların necə mühafizə edilmələri yolları barədə təklif verməyə çağırıb. 

Putinin fərmanına əsasən hökumət, baş prokurorluq və Ali Məhkəmə korrupsiyada şübhəli bilinən məmurların əmlakının siyahısını hazırlamalıdırlar. 

Həmin şəxslər malik olduqları əmlakı hansı yolla əldə etdiklərini isbatlaya bilməyən məmurlardan ibarət olacaq. 

Rusiya baş prokurorluğu növbəti mərhələdə həmin məmurlara və hətta korrupsiya hallarında əli olan əcnəbi vətəndaşlara qarşı cinayət işi açacaq.