Guardian: Münafiqlər qruplaşmasının iclasının iştirakçılarına ucuz səfər "vədi" verilib
The Guardian qəzeti yazıb: Terrorçu Münafiqlər qruplaşmasının iclasında iştirak edənlərin yarısı ucuz qiymətə turist səfər vədi ilə həmin iclasda iştirak edib.
The Guardian qəzetinin internet portalının məlumatına görə, çərşənbə axşamı günü Parisdə terrorçu Münafiqlər qruplaşmasının iclasının iştirakçılarının yarısı, didərginlər, Polşa, Çexiya Respublikası,Slovakiya və Almaniya vətəndaşları olublar. Onlar Facebook səhifəsində Parisə səfər etməyə dəvət olunublar. Belə ki, yeməklə və qalmaq yeri ilə təmin olunacaq və 25 avro qarşılığında bu iclasda iştirak edəcəklər.
İki övladı ilə birlikdə bu iclasda iştirak edən qadın Guardian müxbirinə deyib: Facbookda dəvəti gördükdən sonra Parisə istirahətə getməyi qərara aldım. Çünki bu şəhəri heç vaxt görmək mümkün olmamışdır və terrorçu Münafiqlər qruplaşması haqda heç bilmirəm.
Terrorçu Münafiqlər qruplaşması ABŞ və sionist rejimin dəstəyi lə ötən illər ərzində müxtəlif terror aktları törədərək təxminən 17 min İran vətəndaşını qətlə yetirmişdir.