Rus rəsmi: Xəzərin hüquqi statusu tezliklə məlum olacaq
https://azeri.sahartv.ir/news/dünya-i316665-rus_rəsmi_xəzərin_hüquqi_statusu_tezliklə_məlum_olacaq
Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, bu dənizin hüquqi statusu ola bilsin, xəzəryanı ölkələrin prezidentlərinin Astana şəhərində keçirəcəkləri görüşdə öz həllini tapmış olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 04:52 Asia/Baku
  • Rus rəsmi: Xəzərin hüquqi statusu tezliklə məlum olacaq
    Rus rəsmi: Xəzərin hüquqi statusu tezliklə məlum olacaq

Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, bu dənizin hüquqi statusu ola bilsin, xəzəryanı ölkələrin prezidentlərinin Astana şəhərində keçirəcəkləri görüşdə öz həllini tapmış olsun.

Ramazan Əbdullətifov TASS xəbər agentliyi ilə müsahibədə söyləyib: SSRİ-nin dağılmasından sonra Xəzər dənizinin ətrafında bir neçə müstəqil dövlət təşkil edildi və onun ardınca Xəzər dənizinin hüquqi statusu ilə bağlı bu ölkələr və İran arasında fikir ayrılıqları yarandı.

Rusiya prezidentinin xəzəryanı ölkələrin məsələləri üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, bu fikir ayrılıqlarının həlli üzrə danışıq və səylər 25 ildir ki, davam edir, amma həmin məsələ daha özünün son dayanacağına çatıb və beş sahilyanı ölkə ortaq razılaşmaya gələ bilər.

Putinin nümayəndəsi deyib: Ola bilsin, yaxın gələcəkdə xəzəryanı ölkələrin prezidentlərinin Astana şəhərində keçirəcəkləri görüşdə Xəzər dənizinin hüquqi statusu konvensiyası imzalanmış olsun.

"Bu konvensiya olmadan xəzəryanı ölkələr arasında fəal iqtisadi əməkdaşlıqdan danışmaq çətindir"-deyən Əbdullətifov xatırladıb ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin təxirə düşməsi ekoloji problemlərin kəskinləşməsinə gətirib çıxara bilər.