Kanadada anomal isti nəticəsində 70 nəfər ölüb
İyul 10, 2018 13:38 Asia/Baku
Kanadanın Kebek şəhərində anomal isti hava şəraiti nəticəsində həlak olanların sayə 70 nəfər çatıb.
FransPressin verdiyi məlumata görə, Kanadanın Kebek ştatının Səhiyyə Nazirliyinin verdiyi son statistik məlumata görə, dünən bu ştatda anomal istilər nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Ölənlərdən 34 nəfəri Montral sakinlərindən ibarətdir.
Öncə ölənlərin sayı 54 nəfər elan edilmişdi.
Bir həftədir Kanada anomal istilərin şahididir amma sadəcə Kebek ştatı istilər nəticəsində ölənlərin statistikasını rəsmən elan edir.
2010-cu ildə də Montralda anomal istilər 100 nəfərin ölümü ilə nəticələnmişdi.