İŞİD Pakistanın Bəluçestan məntəqəsinə qarşı terror hücumunun məsuliyyətini qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i317523-İŞİd_pakistanın_bəluçestan_məntəqəsinə_qarşı_terror_hücumunun_məsuliyyətini_qəbul_edib
İŞİD terror qrupu bu gün səhər tezdən Pakistanın Bəluçestan əyalətinin Mastunq məntəqəsində baş vermiş bir terror partlayışının məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2018 03:58 Asia/Baku
  • İŞİD Pakistanın Bəluçestan məntəqəsinə qarşı terror hücumunun məsuliyyətini qəbul edib
    İŞİD Pakistanın Bəluçestan məntəqəsinə qarşı terror hücumunun məsuliyyətini qəbul edib

İŞİD terror qrupu bu gün səhər tezdən Pakistanın Bəluçestan əyalətinin Mastunq məntəqəsində baş vermiş bir terror partlayışının məsuliyyətini üzərinə götürüb.

Dünən axşam Pakistanın Bəluçestan əyalətinin Mastunq məntəqəsində Bəluçistan Avami Partiyasının seçki toplantısında bomba partlayışı nəticəsində bu partiyanın sədri Nəvvabzadə Sərac Risani daxil olmaqla 130 nəfər ölüb, 150 nəfər də yaralanıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən gecə bu terror hücumunu pisləyərək, bu ölkənin dövləti və xalqının, həmçinin həlak olanların ailələrinin dərdinə şərik çıxıbdır.

Pakistan parlament seçkiləri iyulun 25-də keçiriləcək.