Hafinqton Post: Rusiyadan istifadə edərək, İranı Suriyadan çıxartmaq bir xəyaldır
-
Hafinqton Post: Rusiyadan istifadə edərək, İranı Suriyadan çıxartmaq bir xəyaldır
Hafinqton Post internet portalı yazır: Rusiya vasitəsilə İranı Suriyadan çıxmağa məcbur etmək bir xəyaldır.
İRNA-nın məlumatına görə, Hafinqton Post yazıb: Amerika və regiondakı ifratçılar xüsusilə İsrailin baş naziri Benyamin Netanyahu Suriyanı Vaşinqton və Moskva arasındakı əməkdaşlıqlar üçün sınaq meydanına çevirmək istəyirlər.
Hafinqton Postun yazdığına görə, Vaşinqton və Təl-Əvivdəki ifratçılar elə düşünürlər ki, Tramp Putini Suriyanı ABŞ-ın müttəfiqləri sayılan İsrail və Ərəbistan üçün başlıca təhdid hesab olunan İranın hərbi iştirakından təmizləməyə razı sala biləcək.
Hafinqton Post əlavə edir: Belə bir anlaşmanın əldə olunması ehtimalı çox zəifdir. ABŞ və Rusiya prezidentlərinin Helsinki görüşündə Tramp və komandası ABŞ-ın Suriyadakı hərbi iştirakında maraqlı olmadıqları üçün Rusiyanın istənilən təklifini qəbul etməyə hazırdırlar.