İyul 17, 2018 15:37 Asia/Baku
  • Putin

Rusiya prezidenti Moskvanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmanı daxili siyasi mübarizə adlandırıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Foks Nyus informasiya kanalına verdiyi müsahibədə deyib: Moskva və Vaşinqton arasındakı əlaqələr Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxiləsi ittihamı üzrə aparılan araşdırmaların təsiri altına düşməməlidir.

Putin ABŞ-ın xüsusi prokuroru Robert Mülerin araşdırmaları və Tramp ilə görüşündən öncə 12 rus kəşfiyyatçının  bu məsələdə ittiham olunması barədə verdiyi açıqlamada bütün bunların Amerikada daxili siyasi mübarizə olduğundan əmindir.

Robert Müler Rusiyanın 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsi məsələsini araşdırır.

Moskva dəfələrlə bu xüsusda bütün ittihamları rədd edib. Tramp da Müllerin araşdırmalarını "qarabasmaların araşdırılması" adlandıraraq, Mülleri, onun komandasını və federal müstəntiqləri ABŞ Konqresinə 2018-ci il dövrlərarası seçkilərə müdaxilədə ittiham edib.

Teqlər