İyul 21, 2018 12:16 Asia/Baku
  • Rusiya ultrasəs silahlarının superməxfi məlumatları oğurlanıb
    Rusiya ultrasəs silahlarının superməxfi məlumatları oğurlanıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti- FSB bu ölkənin məxfi silahları barədə mühüm informasiyaların Qərbin kəşfiyyat orqanlarına ötürülməsi məqsədini güdən casusluq əməliyyatından xəbər verib.

Rusiya Federal Təhlükəsizlik Xidməti bu gün bildirib ki, Rusiya Federal Kosmik Agentliyi Roskosmos-un Araşdırma Mərkəzi bu barədə təhqiqata başlayıbdır.

Rusiya Federal Kosmik Agentliyinin Araşdırma Mərkəzinin müdirləri son zamanlar bu ölkənin prezidenti Vladimir Putinlə bir iclas keçiriblər. Casus da məhz bu iclasda iştirak edibdir.

Bu xəyanət Rusiyanın ultrasəs silahlarının sürətli inkişafı sənayesinin fəaliyyət prosesi barədə superməxfi məlumatların sızması və Rusiyanın həssas hərbi sirlərinin iri məbləğlər qarşılığında digər ölkələrin kəşfiyyat mərkəzlərinə ötürülməsinə səbəb olubdur.

Rusiya Federal Kosmik Agentliyi bu agentliyin bütün qüvvələrindən istəyibdir ki, mümkün olan ən yüksək səviyyədə müstəntiqlər və təhqiqatçılarla əməkdaşlıq etsinlər.

 

Teqlər