Rusiya ABŞ-da rus qadının casusluq etməsi ittihamına reaksiya verib
-
Rusiya ABŞ-da rus qadının casusluq etməsi ittihamına reaksiya verib
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini ABŞ-da bir rus vətəndaşının casusluqda ittiham olunmasına reaksiya verib və deyib: Moskva da Rusiyada yüzlərlə qeyri-rəsmi amerikalının adını ifşa edə bilər.
İnterFAx İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümaəndəsinin müavini Dmitri Polyanovski deyib: Rusiyada ABŞ tərəfindən qeyri-rəsmi şəkildə yüzlərlə casus fəaliyyət göstərir və rəsmi Moskva onların adlarını ifşa etməyə hazırdır.
Rus diplomat öz Twitter səhifəsində yazıb: Görünür Rusiyada da amerikalı qeydə alınmamış amillərin adlarının müəyyənləşməsi və elan olunması lazım gələ bilər.
ABŞ hökuməti bir müddət öncə Birləşmiş Ştatlarda Rusiya vətəndaşı Mariya Butyananı ABŞ Ədliyyə Nazirliyinin icazəsi olmadan əcnəbi dövlətlərlə əməkdaşlıq etmək və xarici casus adı ilə fəaliyyət göstərməkdə suçlayıb. Bu ittihamlar casusluq mənasındadır və onun 15 ilə qədər azadlıqdan məhrum edilməsi mümkündür. Bütün bu ittihamlar məhkəmədə Butyana tərəfindən rədd olunub.