Rusiya "yəhudi ölkəsi" qanunu barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i318329-rusiya_yəhudi_ölkəsi_qanunu_barədə_xəbərdarlıq_edib
Rusiya xarici işlər nazirliyi sionist rejimin parlamenti-knessetdə "yəhudi ölkəsi" qanununun qəbul edilməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 16:57 Asia/Baku
  • Rusiya
    Rusiya "yəhudi ölkəsi" qanunu barədə xəbərdarlıq edib

Rusiya xarici işlər nazirliyi sionist rejimin parlamenti-knessetdə "yəhudi ölkəsi" qanununun qəbul edilməsi barədə xəbərdarlıq edib.

Rusiya xarici işlər nazirliyi bu gün bir bəyanat yayaraq, sionist rejimin rasist "yəhudi ölkəsi" qanununu qəbul etməsinin Yaxın Şərqdə çəkişmələrin artmasına səbəb olacağını bildirib.

Rusiya xarici işlər nazirliyi vurğulayıb ki, bu qanunun qəbul edilməsi BMT qətnamələrinə ziddir.

Rasist "yəhudi ölkəsi" qanunu son zamanlar sionist rejimin parlamenti-knessetdə qəbul olunub. Bu qanun işğal olunmuş Fələstin ərazilərində ərəb və müsəlmanların aradan götürülmələrinə zəmin yaradır.