Pakistanda parlament seçkiləri başlandı
https://azeri.sahartv.ir/news/dünya-i318415-pakistanda_parlament_seçkiləri_başlandı
Fransa xəbər agentliyi Pakistanda parlament seçkilərinin başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2018 05:07 Asia/Baku
  • Pakistanda parlament seçkiləri başlandı

Fransa xəbər agentliyi Pakistanda parlament seçkilərinin başlanmasından xəbər verib.

On milyonlarla pakistanlı bu gün 25 iyulda yerli vaxtla səhər saat 8-dən başlayaraq parlament seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə axın etməyə başlayıb. 

Pakistanda parlament seçkiləri bu ölkə prezidenti və baş nazirinin millət vəkilləri tərəfindən seçilməsinə görə böyük önəm kəsb edir. 

Pakistan parlament seçkilərində Nəvaz Şərifin Müslim Liq Partiyası, Təhrik İnsaf Partiyası və Xalq Partiyası əsas rəqiblər hesab olunurlar.