Pakistanın Kvette şəhərində törədilən partlayışda ölənlərin sayı artıb
Pakistanın Bəluçestan vilayətinin mərkəzi olan Kvette şəhərində törədilən partlayışda ölənlərin sayı 31 nəfərə çatıb.
İRİB-nin verdiyi məlumata görə, bu gün səhər Pakistanın Kvette şəhərinin şərqində bir seçki məntəqəsinin yaxınlığında törədilən partlayışda 31 nəfər həlak ol ub, 20 nəfər isə yaralanıb.
Partlayış nəticəsində yaralılardan səkkizinin vəziyyəti ağır olduğu üçün hadisə qurbanlarının sayının artacağı ehtimal olunur.
Partlayış nəticəsində həlak olanlardan beşi polis əməkdaşıdır.
Kvette şəhər polisinin rəis müavini Əbdürrəzzaq Çimə bu hadisədən xəsarət almayıb.
Hazırda Kvette polisi hadisə yerini mühasirəyə alıb və bu seçki məntəqəsində səsvermə durdurulub.
Pakistanda parlament seçkiləri bu gün səhər yerli vaxtla saat 8-də başlanıb. Seçkilərlə əlaqədar Pakistanda təhlükəsizlik tədbirləri xeyli artırılıb.