"Təhrik İnsaf" Partiyası Pakistanda keçirilən parlament seçkilərinin qalibi oldu
https://azeri.sahartv.ir/news/dünya-i318519-təhrik_İnsaf_partiyası_pakistanda_keçirilən_parlament_seçkilərinin_qalibi_oldu
Pakistanda keçirilən parlament seçkilərinin başa çatması və səslərin sayılmağa başlanmsı ilə İmran Xanın başçılıq etdiyi Təhrik İnsaf Partiyasının tərəfdarları küçələrə axışaraq, şənlik etməyə başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2018 06:45 Asia/Baku

Pakistanda keçirilən parlament seçkilərinin başa çatması və səslərin sayılmağa başlanmsı ilə İmran Xanın başçılıq etdiyi Təhrik İnsaf Partiyasının tərəfdarları küçələrə axışaraq, şənlik etməyə başlayıblar.

İRNA-nın məlumatına görə, İmran Xan və Təhrik İnsaf Partiyasının tərfdarları küçə şənlikləri təşkil ediblər. 

Pakistanın Seçki Komissiyası parlament seçkilərinin yekun nəticəsini bu gün elan edəcək. İlkin və qeyri-rəsmi məlumatlara əsasən Təhrik İnsaf Partiyası seçkilərdə qələbə çalıb. Nəvaz Şərifin Müslim Liq Partyası isə ikinci olub. Bəlaul Buto Zərdarinin rəhbərlik etdiyi Xalq Partiyası da üçüncü olub. 18 seçki dairəsində isə müstəqil namizədlər üstünlük əldə ediblər. 

Hazırda həbsdə olan Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qardaşı Şahbaz Şərif isə seçkilərdə qanun pozuntusunayol verildiyini iddia edərək, ilkin nəticələri rədd edib.