İyul 28, 2018 08:07 Asia/Baku
  • Yunanıstan baş naziri bu ölkədəki yanğınların siyasi məsuliyyətini üzərinə götürüb
    Yunanıstan baş naziri bu ölkədəki yanğınların siyasi məsuliyyətini üzərinə götürüb

Yunanıstanın baş naziri Aleksis Sipras bu ölkədəki yanğınların siyasi məsuliyyətini öz üzərinə götürüb.

Yunanıstanın baş naziri Aleksis Sipras bu ölkə hökumətinin fövqəladə iclasında bildirib ki, o, baş nazir kimi bu yanğınların siyasi məsuliyyətini öz üzərinə götürür.

O, əlaqədar nazirlərdən də istəyibdir ki, öz məsuliyyətlərini üzərlərinə götürsünlər.

Sipras əlavə edib: Hazırda yanğın məkanlarında yaşayan və zərər çəkən əhaliyə yardım və bu yanğınların söndürülməsində yardımın çatdırılması tərzini dəqiq şəkildə araşdırmaq lazımdır.

Yunanıstanın paytaxtı Afina şəhərinin ətrafındakı meşələrdə yanğın iyulun 23-də başlayıb və sürətlə Afinanın şərqindən otuz kilometr aralıda yerləşən Mati turizm məntəqəsini bürüyüb. Öz avtomobilləri ilə yanğın məntəqəsindən qaçmaq istəyən onlarla nəfər yanğının alovlarına qərq olubdur.

 

Teqlər