İyul 31, 2018 10:10 Asia/Baku
  • Lavrov ABŞ-a xəbərdarlıq etdi
    Lavrov ABŞ-a xəbərdarlıq etdi

Rusiya xarici işlər naziri rus silahlarının müştərilərinə təzyiq göstərməklə əlaqədar ABŞ-a xəbərdarlıq edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü ABŞ-a bu ölkənin Rusiya istehsalı olan silah müştərilərinə təzyiqləri haqda xəbərdarlıq edərək deyib: Belə funksiya problemə şərait yaradır. 

Rusiya xarici işlər naziri həmçinin Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almağa maraq göstərməsinə toxunaraq Rusiyadan hərbi silah alanlara təzyiq göstərmək üçün ABŞ-ın səylərini tənqid edib. 

Lavrov əlavə edib: İndoneziya, Türkiyə və Hindistan kimi ölkələr öz ticarət haqqını xəbərdarlıq və təhdid edən tərəflərə verməklə razılaşmırlar. 

ABŞ Konqresi 18 iyulda  iki ölkənin razılaşmasına rəğmən F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışını durdurmaq üçün bir qanun təsdiqləyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra amerikalı həmkarı Donald Trampın Konqresin səylərinə rəğmən bu silah müqaviləsinin baş tutacağı ilə bağlı onu arxayın etdiyini deyib. 

ABŞ və NATO rəsmiləri Avropada F-35 qırıcılarının sayını artırmaqla və bu qırıcı təyyarənin yaşıl qitədə yerinə düşməsi ilə bu qırıcı təyyarə ilə əlaqədar məlumatların Rusiyanın əlinə keçməsindən nigarandırlar. 

Onlar bu qənaətdədirlər ki, Türkiyənin S-400 zenit-raket kompleksini əldə etməsi, Rusiyaya F-35 qırıcı təyyarələrinin xüsusiyyətləri ilə məlumatlanmaq imkanı yaradacaq. 

 

Teqlər