Rusiya ABŞ məhsulları üçün yeni gömrük rüsumu təyin etdi
https://azeri.sahartv.ir/news/dünya-i319338-rusiya_abŞ_məhsulları_üçün_yeni_gömrük_rüsumu_təyin_etdi
Moskva ABŞ-ın sanksiyalarına cavab olaraq bu ölkə istehsalı olan bəzi məhsullar üçün gömrük rüsumunu artırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 17:05 Asia/Baku
  • Rusiya ABŞ məhsulları üçün yeni gömrük rüsumu təyin etdi
    Rusiya ABŞ məhsulları üçün yeni gömrük rüsumu təyin etdi

Moskva ABŞ-ın sanksiyalarına cavab olaraq bu ölkə istehsalı olan bəzi məhsullar üçün gömrük rüsumunu artırıb.

Ria Novosti-nin verdiyi məlumata görə, Rusiya bu gündən etibarən ABŞ istehsalı olan avtomobillər, ağır texnikalar, yük maşınları, qazma qurğuları və bir sıra digər təchizatlar üçün gömrük rüsumlarını artırıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Urşkin bundan öncə bildirmişdi ki, Rusiya ABŞ məhsulları üçün təyin edəcəyi əlavə gömrük rüsumlarının illik miqdarı 87.6 milyon dollar olacaq. Rusiya hazırkı qanun və qaydalara əsasən Dünya Ticarət Təşkilatının verdiyi icazə əsasında bu həcmdə rüsum təyin edə bilər.

ABŞ 22 iyun 2018-ci il tarixində bu ölkəyə idxal edilən polad və alüminium üçün gömrük rüsumlarını müvafiq olaraq 25 və 10 faiz təyin edib.