Amerikada bir neçə Rusiya vətəndaşı həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i319455-amerikada_bir_neçə_rusiya_vətəndaşı_həbs_olunub
Amerika Federal Təhqiqat Bürosu bu ölkənin müxtəlif məntəqələrində dörd Rusiya vətəndaşını həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 07:05 Asia/Baku
  • Amerikada bir neçə Rusiya vətəndaşı həbs olunub
    Amerikada bir neçə Rusiya vətəndaşı həbs olunub

Amerika Federal Təhqiqat Bürosu bu ölkənin müxtəlif məntəqələrində dörd Rusiya vətəndaşını həbs edib.

Rusiyanın Nyu-Yorkdakı konsulluğu dünən bildirib ki, Amerika Federal Təhqiqat Bürosu bu dörd Rusiya vətəndaşını pulyuma bəhanəsilə həbs edibdir.

Rusiya vətəndaşlarından ikisi Los-Ancelesdə, biri Nyu-Yorkda, dördüncü nəfər isə naməlum bir məkanda həbs olunubdur. 

Rusiyanın Nyu-Yorkdakı konsulluğu Amerikada həbs olunmuş Rusiya vətəndaşlarına vurulan ittihamları rədd edərək, bildirib ki, bu məsələ barədə təhqiqata başlanıbdır.

Bundan öncə də Amerika 29 yaşlı rus qadın Mariya Butinanı Rusiya üçün casusluq etmək ittihamı ilə həbs etmişdi.

Amerika həmçinin son zamanlar Rusiyanın on iki kəşfiyyat rəsmisini 2016-cı il Amerika prezident seçkiləri mübarizələri gedişində demokrat partiyasının baş rəsmilərinin email-lərini hak etməkdə ittiham edibdir.