Avq 07, 2018 14:10 Asia/Baku
  • Dünyada neftin qiyməti qalxıb
    Dünyada neftin qiyməti qalxıb

ABŞ-ın İrana qarşı sanksiyalarının icra edilməsinin başlanması ilə bir zamanda dünya bazarlarında qara qızılın qiyməti artıbdır.

ABŞ-ın İrana qarşı sanksiyalarının icra edilməsinin başlanmasının və mediaların iyul ayında Ərəbistanın neft istehsalının azalması barədəki xəbərlərinin yayılmasının ardınca "West Texas Intermediate" bazarında yüngül neftin qiyməti 52 sent artaraq, 69,01 dollara qalxıbdır.

London bazarında da oktyabr ayında təhvil verilmək üçün brent neftinin hər bir barelinin qiyməti 54 sent artaraq, 73 dollar 75 sentə çatıbdır.

Ərəbistan da iddialarının əksinə olaraq, özünün neft istehsalını gündə 189 min barelədək azaldıbdır.

Belə bir halda, Ərriyad Amerikanın anti-İran sanksiyalarına dəstək verərək, bildirmişdi ki, İranın neft ixracatı ilə mübarizə üçün öz istehsalını artıracaqdır.

Teqlər