İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər
Avq 09, 2018 12:59 Asia/Baku
-
İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər
İsrail hərbçiləri Fələstin xalqına qarşı təcavüzlərinin davamında İordan çayının qərb sahilinə hücum ediblər.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri cümə axşamı səhər saatlarında Nablos, Əl-Xəlil, Ramallah, Qüds və Tulkərm şəhərlərinə hücum edərək, fələstinlilər ilə toqquşublar. Bu toqquşmalarda 3 fələstinli İsrail hərbçilərinin atəş açması nəticəsində Qələndiya düşərgəsində yaralanıb.
İsrail hərbçiləri həmçinin, 16 fələstinlini sionistlərə qarşı mübarizələrdə iştirak etdikləri üçün həbs ediblər.
Rəsmi məlumatlara əsasən İsrail zindanlarındakı fələstinlilərin sayı 6500 nəfərdir.
Teqlər