Avq 14, 2018 11:24 Asia/Baku
  • AB İranda fəaliyyət göstərən şirkətlərə dəyən xəsarəti aradan qaldırmağı izləyir
    AB İranda fəaliyyət göstərən şirkətlərə dəyən xəsarəti aradan qaldırmağı izləyir

Avropa Birliyinə dövri rəhbərlik edən Avstriyanın xarici işlər naziri bildirib: Bu birlik İranda fəaliyyət göstərən şirkətlərə dəyən xəsarəti aradan qaldırmaq və maliyyə mübadiləsi yollarını təyin etməyə çalışır.

Gənc Reportyorlar Klubunun məlumatına görə, Avstriya xarici işlər naziri Karin Kneisl Vyanada Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası ərəfəsində Vaşinqtonun qlobal səviyyədə birtərəfli siyasətlərini tənqid edərək deyib: ABŞ-ın siyasətləri destabilliyi artırır. 

Kneisl deyib: Məsələ qanunun hakimiyyəti üzərindədir. Özümüz yaratdığımız Hərtərəfli Birgə Fəaliyyət Planı və ya Ümumdünya Ticarət Təşkilatında üzvlük kimi öhdəlikləri sadiq qalmadığımızda destabillik artır. 

Avstriya xarici işlər naziri ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı, eləcə də Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması üzrə qərarına toxunaraq deyib: ABŞ-ın İran əleyhinə nüvə sanksiyalarının yenidən qüvvəyə minməsi Avropa şirkətlərinə də yönələ bilər və bu prosesin Çinin xeyrinə olduğunu amerikalılara izah etməyə çalışdıq. 

Tramp 8 may 2018 tarixndə ABŞ-ın nüvə sazişindən çıxdığını və İran əleyhinə sanksiyaların yenidən qüvvəyə minəcəyini elan etdi. 7 avqustda bu sanksiyaların ilk etapı icra olunub. 

Teqlər