YUNİSEF: İldə 66 min yəmənli uşaq həyatını itirir
Avq 16, 2018 08:53 Asia/Baku
BMT-nin Uşaq Fondu YUNİSEF bildirib: İldə beş yaşdan aşağı 66 min yəmənli uşaq önlənilməsi mümkün olan xəstəliklər nəticəsində həyatını itirir.
İRNA-nın məlumatına görə, YUNİSEF-in nümayəndəsi Marşel Rillano çərşənbə günü öz Twitter səhifəsində yazıb: Uşaqların yarısı dünyaya gələrkən və yaxud ilk aylarda ishal, bağırsaq iltihabı və düzgün qidalanmama kimi xəstəliklər nəticəsində həlak olur.
Ərəbistanın Yəməni mühasirəyə alması nəticəsində sağlam içməli suyun çatışmazlığı, dərman və ərzaq məhsullarının qıtlığı ötən illərdə minlərlə yəmənlinin həyatına son qoyub.