Tramp Kanadanı təhdid etdi
ABŞ prezidenti Kanadanı yeni Nefta razılaşmasından məhrum etməklə hədələyib.
FranPressin verdiyi məlumata görə, ABŞ prezidenti Donadl Tramp dünən Şimali Amerika Ticarət Müqaviləsi(NEFTA) əlehinə öz mövqelərinin davamında Kanadanı bu razılaşmadan kənarlaşdırmaqla hədələyib.
Trampın bu təhdidi cümə günü yeni razılaşmanın hazırlanması barədə gedən müzakirələrin müvəffəqiyyətsizliyə uğramasından sonra ortaya atılıb.
Tramp Tvitterdə yazıb: Yeni NEFTA razılaşmasında Kanadanı saxlamağın zərurəti yoxdur, on illər boyu su-istifadələrdən sonra Amerika üçün insaflı razılaşmaya nail olarıqsa Kanada razılaşmadan qovulacaq.
Tramp başqa tvittdə xatırladıb ki, ABŞ konqresi bu müzakirələrə müdazilə etməməlidir əks təqdirdə o NEFTA-ya tam şəkildə son qoyacaq.
Şimali Amerika azad ticarət müqaviləsi 1994-cü ildə Amerika, Kanada və Meksika ölkələri tərəfindən imzalanıb.