Rusiya Suriyanı terrorçulara qarşı himayə edir
https://azeri.sahartv.ir/news/dünya-i321925-rusiya_suriyanı_terrorçulara_qarşı_himayə_edir
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ölkəsi terrorçulara qarşı Suriya dövlətinə dəstək verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2018 07:07 Asia/Baku
  • Rusiya Suriyanı terrorçulara qarşı himayə edir
    Rusiya Suriyanı terrorçulara qarşı himayə edir

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ölkəsi terrorçulara qarşı Suriya dövlətinə dəstək verir.

İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: Suriyanın İdlib vilayətində terrorçu qruplarla mübarizə terrorçuların tam məhv edilməsinədək davam etdiriləcək. 

Zaxarova deyib: Rusiyanın İdlibdəki aeronevtika qüvvələri Suriya dövləti ilə koordinasiya edilərək terrorçulara qarşı hərbi əməliyyatları davam etdirir. 

Rusiya XİN sözçüsünün dediyinə görə, Moskva naməlum müddətəcən İdlibdəki terrorçulara qarşı təşəbbüs həyata keçirməmək ideyasını qəbul olunmaz hesab edir. 

Terrorçu qruplar Suriyanın İdlib vilayətində fəaliyyət göstərirlər və Suriya ordusu bu vilayəti təmizləmək istəyir. 

Suriya prezidenti Bəşar Əsəd öncə bildirmişdir ki, İdlibin azad edilməsi Suriyanın hərbi əməliyyatlarının prioritetini təşkil edir.