Moskva İsrail rejiminə xəbərdarlıq edib
Suriya səmasında bir ədəd Rusiya təyyarəsinin sionist rejimin hücumunda məhv edilməsinin ardınca Rusiya müdafiə naziri ölkəsinin Təl-Əvivə cavab vermək haqqına malik olduğunu bildirib.
FransPressin verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şviqo bu gün sionist rejimin müharibə naziri Aviqdor Libermana xəbərdarlıq edib ki, Moskvanən qənaətində 15 rus hərbçinin həlak olmasında Təl-əviv məsuliyyət daşıyır.
Rusiya Federasiya Şurası da sionist rejimi qıcıqlandırıcı hərəkətlərdən çəkinməyə çağıraraq bildirib ki, Suriyanın havadan müdafiə bazası modernləşdirilməlidir.
Rusiyanın Müdafiə Nazirliyi bu gün bildirib ki, bu ölkənin bir ədəd IL-20 tipli hərbi təyyarəsi 15 sərnişinlə Suriyanın Laziqiyyə vilayətinin Həmimim hava bazasının yaxınlığında radardan itib.
Rusiyanın Müdafiə Nazirliyi itən təyyarənin sionist rejimin Laziqiyyəyə hücumu zamanı məhv edilmiş olduğunu bildirərək vurğulayıb ki, sionist pilotlar rus təyyarəsindən örtük kimi istifadə ediblər.
Rusiyanın Müdafiə Nazirliyi bildirib: Moskva sionist rejimini bu hərəkətinin məsuliyyətsizliklə, qəsdən və düşməncəsinə edildiyi qənaətindədir.