Sen 28, 2018 18:39 Asia/Baku
  • MDB ölkələri ordularının ən böyük hərbi manevri keçirilib
    MDB ölkələri ordularının ən böyük hərbi manevri keçirilib

Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana şamil olan yeddi dost ordunun baş qərargahları və HHM bölmələri müştərək hədələrlə mübarizə məqsədilə geniş miqyaslı hərbi təlim-məşqlər keçiriblər.

"Rossiyskaya Qazeta" bu gün yazıb: Son bir neçə il ərzində MDB ölkələrinin baş qərargahları və HHM bölmələri səviyyəsində çox geniş miqyaslı hərbi təlim-məşqləri cümə axşamı günü birliyə üzv bir neçə ölkənin ərazisində keçirilib.

Bu təlim-məşqlərdə 130-dan çox komandanlıq mərkəzi, təqribən 100 hərbi təyyarə və vertolyot, həmçinin radio texnologiyaları bölmələri, dost orduların raket qüvvələri iştirak ediblər. Rusiyanın hərbi qüvvələrindən əlavə, bu manevrlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçiləri də iştirak ediblər.

Qüvvələrin və HHM bölmələrinin baş komandanlığı vəzifəsi Moskvada Rusiyanın hava-kosmos qüvvələrinin komandanlıq mərkəzi tərəfindən həyata keçirilibdir.

Bu hərbi təlimlərin bir hissəsi Rusiyanın mərkəzi, qərb və cənub hərbi dairələrində, həmçinin Belarus ərazisində, eləcə də Mərkəzi Asiya bölgəsində yerləşən Qazaxıstanda keçirilibdir.

Bu müştərək hərbi manevrlərdə Tupolev strateji qırıcıları, həmçinin uzaq mənzilli TU-22 M3 bombardmançı təyyarələri xəyali düşmənin hava hədəfləri və hərbi mövqelərinin məhv edilməsində mühüm rol oynayıblar.

Teqlər