Avstriya xarici işlər naziri: Nüvə anlaşmasının qorunması beynəlxalq təhlükəsizlik üçün mühümdür
Okt 02, 2018 13:56 Asia/Baku
Avstriyanın xarici işlər naziri nüvə anlaşmasını beynəlxalq və regional təhlükəsizlik üçün mühüm bir anlaşma adlandırıb və bir daha ölkəsinin ona dəstək verdyini vurğulayıbdır.
Avstriyanın xarici işlər naziri Karin Knaysel bu gün IRNA ilə müsahibədə ölkəsinin paytaxtı Vyanada nüvə müzakirələrinin keçirilməsinə və nüvə anlaşmasının imzalanmasına işarə edərək, deyib ki, Vyana nüvə analşması barədə özü üçün xas bir məsuliyyət hiss edir.
Avropanın nöqteyi-nəzərincə, nüvə anlaşmasının önəminə toxunan Knaysel deyib ki, bu anlaşma avropalıların fikrincə, təhlükəsizlik, xüsusən region təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir.