Rusiya dolların xarici sövdələşmələrdən silinməsi barədə layihə hazırlayır
-
Rusiya dolların xarici sövdələşmələrdən silinməsi barədə layihə hazırlayır
Rusiya dövləti xarici sövdələşmələrdə dolları kənara qoymaq üçün bir layihəni araşdırmaqdadır.
İnterfoksun verdiyi məlumata görə, bu layihə VTB Bankın direktoru Andrey Kostinin proqramları əsasında təqdim olunub.
Yeni layihədə məqsəd Ticarət fəallarının başqa hərhansı valyuta ilə ödəniş etmələri üçün münasib şərait yaradılmasından ibarətdir.
Gələn iki həftəyədək Rusiyanın baş naziri Dmitri Medvedevin imzalayacağı gözlənilən bu layihəyə görə, Avropa Birliyi ilə ödənişlər Avro, Çin ilə Yuan və Avrasiya İqtisadi Birliyi üzvləri ilə isə Rubl ilə həyata keçiriləcək.
Rusiyanın mərkəzi bankı və bu ölkənin maliyyə təşkilatları və VTB bu layihənin hazırlanmasında iştirak edirlər.
Rusiyanın mərkəzi bankının direktoru Elvira Nabiullina bildirib ki, bu bank ABŞ dollarından imtina siyasətini davam etdirəcək.
Rusiya həmçinin qarşılıqlı ticarət mübadilələrində dollardan imtina edilməsi barədə Türkiyə ilə razılığa gəlib