Okt 07, 2018 19:03 Asia/Baku
  • Braziliyada seçkilər
    Braziliyada seçkilər

Braziliya xalqı siyasi və iqtisadi problemlər, xüsusən böyük maliyyə rüsvayçılıqları atmosferində bu ölkənin prezidenti və icra başçılarını seçmək üçün seçki məntəqələrinə gedib.

Bu seçkilər bu gün 83 min seçki mərkəzində keçirilməkdədir.

İlkin rəy sorğularında Braziliyanın keçmiş prezidenti Luis İnasio Lula Da Silva böyük fərqlə öndə olub, amma o, məhkəmə cəzasına görə, namizədlik qadağası ilə üzləşib.

Datafolha müəssisəsinin dünən apardığı ən yeni rəy sorğusu göstərir ki, Bolsonaro səslərin 36, fəhlə partiyasının namizədi Fernando Haddad isə səslərin 22 faizini əldə edibdir.

Rəy sorğuları həmçinin göstərir ki, Braziliya prezident seçkilərinə namizədlərin heç biri mütləq əksəriyyəti əldə etməyəcək və seçkilər ikinci mərhələyə çəkəcəkdir.

Teqlər