Çin ABŞ-ın iqtisadi informasiyalarından casusluq etməsini rədd edib
Çin xarici işlər nazirliyinin sözçüsü Vaşinqtonun Pekinin ABŞ-ın iqtisadi informasiyalarından casusluq etməsinə dair iddiasını rədd edib.
Lu Kan bu gün Pekində keçirdiyi mətbuat konfransında Amerikadan istəyibdir ki, çinli şirkətlər tərəfindən Amerikadakı bir zavoddan iqtisadi casusluğun edilməsi macərasında Pekinin əlinin olmasını isbat etsin.
Çin xarici işlər nazirliyinin sözçüsü əlavə edib: Əgər Amerika doğrudan da nigarandırsa, maddi sübutlar təqdim etsin.
ABŞ-Çin ticarət qarşıdurması Amerika prezidenti Donald Trampın cari milad ili martın səkkizindən başlatdığı polad və alüminium daxil olmaqla Çindən idxal edilən sənaye məhsullarına gömrük rüsumlarının artırılmasına dair qərarının ardınca yaranıbdır.
Çin və ABŞ indiyədək bir-birilərinin istehsal etdikləri təqribən üç yüz milyard dollarlıq əmtəə məhsullarına gömrük rüsumları tətbiq ediblər.