ABŞ-ın Florida ştatında atışma 2 nəfərin ölümü ilə nəticələnib
Amerikanın Florida ştatında bir idman klubunda bir silahlı adam atəş açaraq bir nəfəri öldürdükdən sorna özünü də öldürüb.
İRNA-nın verdiyi məlumata görə, Florida polisi bildirib ki, bu hadisədə ən azı 4 nəfər də yaralanıb.
Yaralananların durumunun ağır olduğu deyilir. Atəş açan şəxsin kimliyi və bu hərəkətdə niyyəti barədə hələ məlumat yayırlmayıb.
Ötən şənbə günü də bir silahlı şəxs Pensilvaniya ştatının Pitsburq şəhərində bir sınaqoqa hücum edərək 11 nəfəri qətlə yetirdi və 6 adamı yaraladı.
Hər il Amerikanın müxtəlif bölgələrində odlu silahdan istifadə nəticəsində minlərlə insan ölür və yaralanır.
Amerikada vətəndaş hüquqlarını müdafiə fəalları və qruplarının çağırışları və tələblərinə rəğmən Amerikada silah lobbisinin güclü olduğuna görə, indiyədək heç bir hökumət bu ölkədə silah satışına məhdudiyyətlərin tətbiq edilməsi xüsusunda heç bir qanun qəbul edə bilməyib.
ABŞ prezidenti Donald Tramp da Amerikada odlu silaha malik olanların əsas himayədarıdır.
Tramp prezidentlik dövrünün əvvəlində Amerikada silahı olanlara demişdi ki, silahı olanlara qarşı 8 illik təzyiqlər artıq sona çatdı və onlar bu gün Ağ evdə həqiqi himayədara malikdirlər.