Rus rəsmisi: ƏMTP üzvləri sazişin iqtisadi bəndləri üzərində təmərküzləşiblər
-
Rus rəsmisi: ƏMTP üzvləri sazişin iqtisadi bəndləri üzərində təmərküzləşiblər
Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: İrana qarşı Amerikanın sanksiyaları şəraitində ƏMTP-nin üzvlərinin növbəti iclası bu razılaşmanın iqtisadi bəndlərinin icrası prossesi mövzusunu müzakirə edəcək.
Rusiyanın AEBA-dakı nümayəndəsi Mixail Uliyanov TAS xəbər agentliyi ilə müsahibəsində deyib: İran, Çin, Fransa, Rusiya, Britaniya və Almaniyadan ibarət olan İran ilə nüvə sazişini imzalamış tərəflər Amerikanın anti-İran sanksiyalarının mənfi nəticələrini mümkün qədər aradan qaldırmaqda qərarlıdırlar.
Uliyanov Əhatəli Müştərək Təşəbbüs Proqramını qoruyub-saxlamaq üçün lazımı siyasi iradənin mövcud olduğunu vurğulayaraq deyib: ƏMTP üzvləri Amerikanın anksiyaları üzündən bu razılaşmaya vurulan ziyanların minimuma endirilməsi üçün qorucu tədbirlər barədə daima müzakirələr aparmaqdadırlar.
Uliyanov ƏMTP-nin müştərək komissiyasında sanksiyaların araşdırılması üzrə daimi işçi qrupun fəaliyyət göstərdiyini xatırladaraq deyib: İşçi qrupu maliyyə və iqtisadi ekspertlərin iştirakı ilə iclaslar keçirir və bu saziş ilə əlaqədar məsələlərin dəqiq araşdırılması ilə məşğuldur.