Putin Rusiyanın silah ticarəti siyasətini müdafiə edib
-
Putin Rusiyanın silah ticarəti siyasətini müdafiə edib
Rusiya prezidenti ölkəsinin silah ticarətindəki siyasətini müdafiə edərək deyib: Moskva beynəlxalq normalara riayət etməklə yanaşı özünün istehsal etdiyi silahları sadəcə müdafiə məqsədi ilə və terrorizm ilə mübarizə üçün ixrac edir.
İRNA-nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu ölkənin hərbi-texniki əməkdaşlıqları komissiyasının iclasında deyib: İmzalanmış müqavilələr heçvaxt üçüncü ölkəyə yaxud hansısa ölkənin mənafeyi və təhlükəsizliyinə qarşı yönəlməyib.
Putin Rusiyadan 15 milyard dollarlıq silah ixracatına toxunaraq deyib: Təəssüflər olsun ki, rəqib ölkələr Rusiyaya qarşı sanksiyalardan silah bazarında qeyri-sağlam rəqabət üçün faydalanırlar amma buna baxmayaraq Rusiya dünyanın silah bazarında və müasir texnologiyada öz inkişafını davam etdirir.
Putinin dediyinə görə, Rusiya 45 milyard dollardan çox silah sifarişi alıb və bu sahədə 100-dən çox ölkə ilə əməkdaşlıq edir.