Rusiya: İŞİD Suriyada ABŞ-ın müttəfiqidir
-
Rusiya: İŞİD Suriyada ABŞ-ın müttəfiqidir
Rusiyanın XİN rəhbəri deyib: Amerika Suriyada rejimi dəyişmək planında terrorçu İŞİD qrupunu müttəfiq kimi nəzərdə tutur.
Spotnikin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün müxbirlər toplusunda deyib: Amerika İŞİD-dən özünün Suriyadakı qeyri-qanuni fəaliyyətlərinin davam etməsi üçün bir bəhanə kimi faydalanır.
Rusiyanın XİN başçısı deyib: Amerikanın əsas missiyası Suriyada terrorçuların məğlub edilməsi deyil, rejimin dəyişməsidir.
Rusiyanın XİN rəhbəri sözlərinin başqa bir hissəsində Rusiyanın Camal Qaşıqçının qətli ilə əlaqədar öz mövqeyini bildirmiş olduğunu xatırladaraq deyib: Rusiya bu iş üzrə araşdırmaların tezliklə yekunlaşdırılmasına təkid edir.
Sergey Lavrov AB-nin Moskvaya qarşı sanksiyalarının davam etməsinə toxunraq deyib: Rusiya sanksiyaların ləğv edilməsi üçün heç bir ölkəyə yalvarmayacaq.
Lavrov sanksiya şəraitində ən yaxşı siyasətin həqiqətgörənlik olduğunu bildirərək deyib: Krım adası mövzusu əslində Avropanın Rusiyaya qarşı sanksiyaları üçün bəhanədən başqa bir şey deyil.